AZ

Binəqədidə yol hərəkətində dəyişiklik edildi

Bakının Binəqədi rayonu, Yəhya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində yol hərəkətində dəyişiklik edilib, yeni svetoforlar quraşdırılıb.


Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yeni svetofor hərəkətin daha təhlükəsiz və nizamlı təşkilinə, yolayrıcında hərəkət intensivliyinin optimallaşdırılmasına imkan verəcək.

Seçilən
41
18
manset.az

10Mənbələr