AZ

Pentaqon İsrailə F-15 qırıcıları vermək üçün "Boeing" lə 8,5 milyard dollarlıq müqavilə imzaladı

BAKI, 30 dekabr. TELEQRAF

Pentaqon "Boeing" şirkəti ilə İsrailə F-15 qırıcı təyyarələrinin tədarükü üçün 8,57 milyard dollarlıq müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin veb saytında verilən açıqlamaya görə, müqavilə İsrail Hərbi Hava Qüvvələri üçün 25 yeni F-15IA qırıcısının hazırlanmasını, inteqrasiyasını, quraşdırılmasını, sınaqdan keçirilməsini, istehsalını və çatdırılmasını əhatə edir. Müqavilədə təhvil verilən təyyarələrin sayını 25 ədəd artırmaq seçimi də var.

"Boeing" şirkəti müqavilə öhdəliklərini 2035-ci ilin sonuna qədər yerinə yetirməlidir.

Seçilən
31
teleqraf.com

1Mənbələr