ain.az, Newscenter.az saytına istinadən bildirir.
Bu il Qazaxıstanda 5 mindən çox KİV qeydiyyatdan keçib.Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, onlardan 306-sı xarici KİV-dir.Mədəniyyət və informasiya naziri Aida Balayeva bildirib ki, bu, peşəyə marağın artdığını, media bazarının aktiv inkişafını göstərir. Nazir deyib ki, informasiya sektorunda qanunvericiliyin təkmilləşdirilməsi prioritetlərdən biri olaraq qalır.Aida Balayeva həmçinin bildirib ki, 2025-ci ildə onlayn platformalar və kütləvi informasiya vasitələri haqqında qanun layihələri hazırlanıb. Uşaqların internetdə yayılan dağıdıcı məzmundan məhdudlaşdırılması təklif olunur. Təklif olunan məhdudiyyətlərə LGBT təbliğatının qadağan edilməsi də daxildir."Bu iş informasiya məkanında qanunsuz məzmunun yayılmasının azaldılmasına yönəlib. Onlayn platforma administrasiyalarının və anonim sosial media istifadəçilərinin məsuliyyəti artır. Həmçinin uşaqların onlayn platformalarda yayılan dağıdıcı məzmundan məhdudlaşdırılması təklif olunur", - deyə o bildirib.Balayeva bildirib ki, dövlət yayım şəbəkəsi paralel olaraq inkişaf edir. Sərhəd yaşayış məntəqələrində 120 radio ötürücü işə salınıb. Televiziya ölçmə sistemi 2025-ci ildə genişləndirilib.Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.