Polşa Baş naziri Donald Tusk Ukrayna üçün təhlükəsizlik zəmanəti olaraq ABŞ hərbi qüvvələrinin bu ölkəyə yerləşdiriləcəyini deyib.
APA-nın “Unian”a istinadən xəbərinə görə, Tusk bildirib ki, ABŞ sülh razılaşmasının imzalanmasından sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq öz qoşunlarını bu ölkəyə yerləşdirməyə razılıq verib.
“Məsələn, Rusiya-Ukrayna təmas xətti boyu və ya sərhədboyu ərazilərdə ABŞ hərbi birləşmələri yerləşdirilə bilər. ABŞ tərəfindən bu birmənalı bəyanatlar sadəcə məsələnin birinci hissəsidir. Biz Atlantikin o tayındakı tərəfdaşlarımızın nə qədər davamlı mövqe sərgiləyəcəklərini görəcəyik, amma bu bizə danışıqların uğurlu olacağı ilə bağlı ümid verir”, - Polşa Baş naziri qeyd edib.