Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov "Rizin"də növbəti döyüşü üçün çəkiölçmə və üz-üzə mərasimində iştirak edib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı döyüşçü 66 kq çəki dərəcəsi üzrə sabah braziliyalı Kleber Koyke ilə qarşılaşacaq. Koyke 65,85 kq., Vüqar Kərəmov isə 65.80 kq. çəki ilə sabah oktaqona çıxacaq.
Qeyd edək ki, Vüqar bu ayın 3-də yaponiyalı Koyomi Matsuşima ilə döyüşməli idi. Lakin o, zəhərləndiyi üçün bu döyüşdən imtina etməli olmuşdu.
View this post on Instagram