AZ

Rejissor silahlı hücuma məruz qaldı - Sol ayağından yaralandı

Türkiyəli resjissor Seren Yüce silahlı hücuma məruz qalıb.

Far.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edilib ki, rejissora İstanbulun Şişli rayonunda səhər evinin qapısını açdığı zaman silahlı hücum olub.

Hadisə Kazım Orbay prospektində baş verib. Məlumata görə, evin qapısını bir motosikletçi döyüb və ona hücum edib.

Silahlı hücumdan sonra Yüce sol ayağından yaralanıb. Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım çağırılıb.

İlk tibbi yardımı göstərilən Yüce təcili olaraq xəstəxanaya çatdırılıb və onun səhhətinin yaxşı olduğu bildirilib.

Polis hazırda hadisəni törədən şəxsi tapmaq üçün ətrafdakı təhlükəsizlik kameralarının görüntülərini araşdırır. İnsident barədə isə hələlik rəsmi açıqlama verilməyib.

Seçilən
58
far.az

1Mənbələr