AZ

Tərtərdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ağacəkmə aksiyası keçirilib-FOTO

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Elman Səfərov küçəsində ağacəkmə aksiyası həyata keçirilib.

Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin əməkdaşları iştirak ediblər.

Aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, mövcud ağaclar və yeni əkilmiş 150 ədəd eldar şamı suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib.


Seçilən
12
ekologiya.az

1Mənbələr