AZ

Premyer Liqanın qol dəqiqələri: 4 komanda belə fərqləndi

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasında 16 turda əlavə vaxtlarda ən çox qol vuran üç komanda var.

Futbolpress.az-ın məlumatına görə, “Qarabağ”, “Araz-Naxçıvan” və “Neftçi” 3 dəfə 90+larda qol vurub.

“Qarabağ” eyni zamanda ikinci hissələrdə ən çox qol vuran komandadır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 46-90 dəqiqə arası 17 qola imza atıb. Ən aşağı göstərici isə “Kəpəz”dədir. Gəncə təmsilçisi cəmi 3 dəfə ilk hissədə qol vura bilib.

İkinci hissədəki qol saylarında “Sabah” ikincidir. “Bayquşlar” 46-90 arasında 16 dəfə fərqlənməyi bacarıb.

Ümumilikdə çempionatda 16 tur ərzində ən çox qollar məhz fasilədən sonra vurulub. İlk hissədə 86, ikinci hissədə isə 127 qol qeydə alınıb.

45+larda isə 9 dəfə hesab dəyişib. Yalnız 4 komanda bu müddətdə fərqlənə bilməyib. Bunlar “Qarabağ”, “Araz-Naxçıvan”, “Sumqayıt” və “Şamaxı”dır.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
futbolpress.az

1Mənbələr