AZ

İran Kanada Kral Dəniz Qüvvələrini terror təşkilatı kimi tanıdı

İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaq qərarına cavab olaraq, İran Kanada Kral Dəniz Qüvvələrini terror təşkilatı kimi tanıyıb.

"Unikal" xəbər verir ki,  bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, bu addım ABŞ-nin SEPAH-ni terror təşkilatı kimi tanımasını dəstəkləyən və ya izləyən ölkələrə qarşı əks tədbirləri tələb edən daxili qanunvericiliyə uyğun olaraq atılıb.

Nazirlik bildirib ki, Kanadanın qərarı İran silahlı qüvvələrinin rəsmi bir qolunu terrorçu qrup kimi tanımaqla beynəlxalq hüququn fundamental prinsiplərini pozur.

Kanada 2012-ci ildə İranla diplomatik əlaqələri kəsib. Ötən ilin iyun ayında Ottava İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb və bu addım Tehran tərəfindən qətiyyətlə pislənib.

Seçilən
59
3
unikal.az

10Mənbələr