Bakı. Trend:
Tesla-nın satışlarında azalma müşahidə olunub. Buna əsassəbəblər kimi rüblük tədarükün azalması, vergi güzəştlərininolmaması və artan rəqabətin tələbatı zəiflətməsi göstərilir.
Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.
Analitiklər şirkətin satışlarının 2026-cı ildə bərpa olunacağınıproqnozlaşdırırlar. Gözləntilərə görə, əvvəlki baza modellərindəntəxminən 5000 dollar ucuz olan "Standard" versiyalar, xüsusilə Çinelektromobillərinin sürətlə populyarlıq qazandığı Avropa və Asiyabazarlarında Tesla-nın mövqeyini qorumasına kömək edəcək.
Şirkət 2025-ci ilin son rübü və illik istehsal-çatdırılmagöstəricilərini yaxın günlərdə açıqlayacaq. Satışlardakı geriləməyəbaxmayaraq, Tesla səhmləri bu il 14%-dən çox artıb və bu da ElonMusk-ın sərvətində artıma səbəb olub.
İnvestorların marağı isə əsasən Maskın robot texnologiyalarına,o cümlədən humanoid robotlar və özünüidarəetmə sistemlərinininkişafına yönəlik planlarına əsaslanır. Bununla yanaşı, Tesla-nıngəlirlərinin böyük hissəsi hələ də elektrik avtomobillərininsatışından formalaşır.