Avropa İttifaqının Kiyevin 90 milyard avroluq kreditini geri ödəmək təşəbbüsü Fransanın borc problemlərini daha da pisləşdirə bilər.
Newscenter.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti yazıb.
Məqalədə deyilir ki, Fransa balanslaşdırılmış büdcəni qəbul etməkdə çətinlik çəkərkən, Avropanın Ukraynaya borcla maliyyələşdirilən kreditləri suallar doğurur.
"Fransanın dövlət borcu 2025-ci ildə ÜDM-in 117,4%-nə çatıb. Fransa, Almaniyadan fərqli olaraq, dövlət borcunu azalda bilməyib. 2025-ci ilə qədər bu, Almaniyanın borcundan təxminən iki dəfə çox idi. 19 dekabrda AB ölkələri tərəfindən razılaşdırılmış Ukraynaya verilən kredit vəziyyəti daha da pisləşdirə bilər",-deyə qəzet yazır.
Qəzet daha sonra yazır ki, Aİ-nin Kiyevin 90 milyard avroluq kreditinin Rusiya vəsaitləri ilə ödəniləcəyinə dair verdiyi zəmanətlərə baxmayaraq, heç kim buna ciddi şəkildə inanmır.
Cavid