Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi yanvarın əvvəlində ABŞ və “İstəkli Koalisiya” ölkələri ilə danışıqlar aparacaq.
KONKRET.az bildirir ki, məlumata görə, daha əvvəl Ukrayna rəsmisi Ümerov ölkələrin milli təhlükəsizlik müşavirləri ilə razılaşmaya gəldiklərini və yanvarın 3-də Ukraynada görüş keçiriləcəyini açıqlayıb.
Bundan əlavə, liderlər səviyyəsində danışıqlar yanvarın 6-da Fransada planlaşdırılır. Komandalar isə qarşıdakı görüşlərin detalları və əsas mövzuları üzərində fəal işləyir, hər günü səmərəli istifadə etməyə çalışırlar.
Natiq Səlim,
KONKRET.az