Bakı. Trend:
Operativ yaddaş bazarındakı böhran smartfon və kompüterqiymətlərinin artımına səbəb olacaq.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə "International DataCorporation" (IDC) şirkətinin araşdırmasında deyilir.
IDC-nin vitse-prezidenti Fransisko Heronimonun hesabatında qeydolunur ki, süni intellektin (Sİ) bum dövrü operativ yaddaşınqiymətlərində kəskin artıma gətirib çıxarıb.
Bununla əlaqədar olaraq, 2026-cı ildə smartfonlar, fərdikompüterlər (PK) və digər istehlak elektronikası bahalaşacaq.Heronimo proqnozlaşdırır ki, ucuz operativ yaddaş, yaddaşqurğuları, smartfonlar və digər texnikanın dövrü sonayaxınlaşır.
Avadanlıqların qiymətlərinin artması süni intellekt sorğularınıemal edən və böyük həcmdə operativ yaddaş modulları və yaddaşqurğularına ehtiyac duyan data-mərkəzlərin tələbatı iləbağlıdır.
Mütəxəssisin sözlərinə görə, ən çox zərər görən bazarsmartfonlar olacaq, ucuz modellərin qiymətləri 15–20 faizartacaq.