AZ

Bu xaricinin ”Qarabağ”ı tərk etməsi gündəmdədirmi?

Fabian Buntiçin qış fasiləsində ”Qarabağ”ı tərk etməsi gözlənilmir. Bu barədə klubdan saytımıza məlumat verilib. Bildirilib ki, qapıçının komandadan ayrılmaq niyyətində olması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
28 yaşlı qolkiper ən azı mövsümün sonunadək düşərgədə qalacaq. Çünki bu mövqedə müəyyən problemlər mövcuddur. Millinin Fransa ilə oyununda zədə alan Şahruddin Məhəmmədəliyev yaxınlarda Almaniyada cərrah masasına qalxıb. Bud-çanaq oynağından əməliyyat olunan kiperin müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək.
Ağdam təmsilçisi digəri qapıçılarını I Liqa nümayəndələrinə icarəyə verib. Amil Ramazanov «Zaqatala»nın, Sadiq Məmmədzadə «Difai»nin sərəncamındadır. Odur ki, komanda yalnıh Mateuş Koxalskinin ümidinə qala bilməz.
ə Almaniyanın 2-ci Bundesliqa klublarının birindən təklif gəlib və bu təklif futbolçunu qane edir. O, “Qarabağ”da kifayət qədər oyun vaxtı qazanmadığı üçün komandadan ayrılmağa müsbət yanaşır.
Xorvatiya kökənli «əlck sahibi»nin “Qarabağ”la müqaviləsi 2027-ci ilin 30 iyununa qədər qüvvədədir.
SPORTİNFO.AZ

Seçilən
21
sportinfo.az

1Mənbələr