AZ

Rus bölmələrində Azərbaycan tarixinin tədrisi barədə daha bir qayda gəlir...


Elçin Əfəndi: “Dərslərin Azərbaycan dilində olması onların gələcək inkişafına da mühüm təsir göstərəcək”

“Azərbaycan tarixi” fənni məktəblərin rus bölmələrində də 6-cı sinifdən Azərbaycan dilində tədris olunacaq. Bunu Elm və təhsil naziri Emin Əmrullayev söyləyib.

Maraqlıdır, rus bölməsində oxuyan və Azərbaycan dilini yaxşı bilməyən şagird tarix fənnini necə mənimsəyəcək?

“Şagirdlərin bu fənni daha yaxşı mənimsəmələri, tarixdə baş verən hadisələri analiz etmələri üçün öz dillərində dərs almaları vacibdir”

Təhsil eksperti Elçin Əfəndi baki-xeber.com-a açıqlamasında bildirdi ki, Azərbaycan dilindən fərqli bölmələrdə tədris aparılan dərslərin, xüsusən də "Azərbaycan tarixi"nin Azərbaycanca keçilməsinə ehtiyac var: “Əlbəttə ki, Azərbaycan dilindən fərqli digər bölmələrdə tədris aparılan dərslərin, xüsusən də "Azərbaycan tarixi"nin Azərbaycanca keçilməsinə ehtiyac var. Bizim "Azərbaycan tarixi" fənni öz dilimizdə tədris olunmalıdır. Şagirdlərin bu fənni daha yaxşı mənimsəmələri, tarixdə baş verən hadisələri analiz etmələri üçün öz dillərində dərs almaları vacibdir".

Ekspert hesab edir ki, rus dilində təhsil alan şagirdlərə "Azərbaycan tarixi" fənninin Azərbaycanca keçilməsinin onlar üçün üstünlükləri var: “Bu, eyni zamanda onların gələcəkdə verəcəkləri imtahanlara da öz təsirini göstərir. Onların təhsil göstəricilərinə də təsir göstərmiş olur. Bilirsiniz ki, həmin o şəxslər 9 və ya 11-ci sinfi bitirdikləri zaman ayrıca dövlət dilindən imtahan verirlər. Təbii ki, dərslərin Azərbaycan dilində olması onların gələcək inkişafına da mühüm təsir göstərir. O baxımdan, alınan bu qərarı alqışlayıb müsbət qiymətləndirməliyik".

Günel CƏLİLOVA

Seçilən
20
baki-xeber.com

1Mənbələr