AZ

Qırmızıdan keçən “Ford” “Land Cruiser”lə toqquşub piyadaları vurdu; 3 piyada xəsarət aldı VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qırmızıdan keçən sürücü ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Arxangelsk şəhərində baş verib.

Məlumata görə, 41 yaşlı şəhər sakini idarə etdiyi “Ford Focus” markalı avtomobillə yol kəsişməsində işıqforun qırmızı işığından keçərək digər küçəyə manevr edən zaman əks yoldan gələn “Toyota Land Cruiser”lə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Ford” səkidə dayanan 3 piyadanı vurub.

Qəza nəticəsində xəsarət alan 34, 38 və 65 yaşlarında 3 piyada təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
avtosfer.az

1Mənbələr