AZ

“iPhone 16” bu ölkədə rəqiblərini geridəQOYDU

“Apple” şirkətinin “iPhone 16” modeli 2025-ci ildə Hindistanda ən çox satılan smartfon olub.

Redaktor.az xəbər verir ki, bu barədə yerli və beynəlxalq media orqanları bazar araşdırmalarına istinadən məlumat yayıb.

Məlumata görə, “Apple” cari il ərzində Hindistan bazarında təxminən 6,5 milyon “iPhone 16” satıb. Bununla da “Apple” uzun illər əsasən Android cihazlarının üstünlük təşkil etdiyi Hindistan smartfon bazarında mühüm uğur əldə edib.

Ekspertlər “iPhone 16”nın yüksək satış göstəricilərini premium seqmentə artan maraq, “Apple”nin Hindistanda yerli istehsalı genişləndirməsi, satış şəbəkəsini böyütməsi və istifadəçilərin brend etibarına üstünlük verməsi ilə əlaqələndirirlər.

Qeyd olunur ki, “Apple”nin əvvəlki modeli olan “iPhone 15” də 2025-ci ildə Hindistanda ən çox satılan smartfonlar siyahısında ilk beşlikdə yer alıb. Bu göstəricilər “Apple”nin ölkə bazarında mövqelərini daha da gücləndirdiyini göstərir.

Aytəkin TOFİQQIZI

Seçilən
78
redaktor.az

1Mənbələr