AZ

FİFA prezidenti: Ofsayd qaydalarında dəyişiklik ola bilər

style='margin-bottom:10px;'>

FİFA prezidenti Canni İnfantino ofsayd qaydasında mümkün dəyişikliklər barədə danışıb.

QOL.az xəbər verir ki, "World Soccer Talk"un məlumatına görə, Dubayda keçirilən Ümumdünya İdman Sammitində çıxış edən funksioner oyunu daha hücumameyilli və cəlbedici etmək məqsədilə Arsen Vengerin təklif etdiyi islahatı dəstəkləyib.

İnfantino bildirib ki, ofsayd qaydası illər ərzində inkişaf edib: "Gələcəkdə hücumçu yalnız rəqibdən tamamilə öndə olduğu halda ofsayd sayıla bilər".

Qeyd edək ki, bu sistemin ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya çempionatında tətbiq olunması gözlənilir.

Seçilən
85
3
teleqraf.com

4Mənbələr