AZ

Yol polisi bayram günlərində gücləndirilmiş rejimdə çalışır

Bayram günlərində əhalinin rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ictimai təhlükəsizliyin qorunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparılır.

Adalet.az xəbər verir ki, bu barədə BDYPİ-nin yaydığı məlumatda bildirilir.

İdarə vətəndaşları bayram sevincini təhlükəsizliklə bir arada yaşamağa, qaydalara əməl etməyə və diqqətli olmağa çağırır.

Seçilən
43
16
adalet.az

10Mənbələr