525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“ABŞ ilk dəfə olaraq Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu bildirib, bu zəmanətlərə Amerika qoşunlarının onun ərazisində olması da daxil ola bilər”.
525.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.
"Bu birmənalı bəyanatlar ilk dəfədir ki, səsləndirilir. Atlantik okeanının o tayındakı tərəfdaşlarımızın nə qədər ardıcıl mövqedə olduğunu görəcəyik, amma bu, bizə müzakirələrin uğurla başa çatacağına ümid verir. Müharibənin birməsi uğur olacaq”, - Tusk əlavə edib.
Ukraynanın ərazi güzəştlərinə getməli olacağını deyən Baş nazir əlavə edib ki, bununla bağlı mümkün razılaşma sülh əldə edildikdən sonra Ukrayna üçün həqiqi, yaxşı düşünülmüş təhlükəsizlik zəmanətləri ilə şərtləndirilməlidir: “Bu, bütün tərəflər üçün əhəmiyyətli bir problemdir, lakin dediyim kimi, tammiqyaslı müharibənin başlamasından bəri ilk dəfə sülh üfüqdədir”.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.