AZ

Acunun komandasından premyer-liqa yolunda daha bir addım

Acun Ilıcalının sahibi olduğu ''Hall Siti'' bu mövsüm inamlı oyunu və uğurlu nəticələri ilə fanatlarını sevindirir.

"Football-plus.az" xəbər verir ki, ''Pələnglər'' son olaraq çempionşipin 24-cü turunda səfərdə ''Midlsbro''nu minimal hesabla yeniblər. Halbuki ''Midlsbro'' tura ikinci pillədə daxil olmuşdu. 12-ci dəqiqədə Darko Qyabinin vurduğu qol oyunda yeganə olub. ''Hall Siti'' bu mühüm qələbə ilə bir daha elitaya yüksəlmək iddiasını ortaya qoyub.

Sergey Yakiroviçin çalışdırdığı kollektiv son 5 turdan 4 qələbə, 1 heç-heçə ilə ayrılaraq 13 xal toplayıb. ''Hall Siti'' artıq 4-cü pillədədi və premyer-liqaya birbaşa vəsiqə verən 2-ci pillədən yalnız 2 xal geridədi.

Acun Ilıcalı son olaraq indiyə qədər ''Hall Siti''yə cibindən 100 milyon avroya yaxın pul xərclədiyini vurğulamış və ''premyer-liqaya yüksəlsək, o zaman məni görərsiz'' açıqlaması ilə diqqət çəkmişdi. O, komandasının İngiltərə futbolunun elitasına yüksələcəyi təqdirdə mühüm transferlər həyata keçirəcəyinə işarə vurmuşdu.

Seçilən
34
1
football-plus.az

2Mənbələr