"Ölkəmiz bu günədək bir çox nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi edib və bundan sonra da bu ənənəni davam etdirəcək".
Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının üzvü Ülkər Əliyeva cari ilin dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışına diqqət çəkərkən deyib.
O bildirib ki, belə uğurlar Azərbaycan idmanının yüksək səviyyədə inkişaf etdiyini və gənclərin idmana olan marağının artdığını göstərir:
"Eyni zamanda, bu tədbirlər ölkəmizin beynəlxalq arenadakı mövqeyini gücləndirir və idman sahəsində yeni nailiyyətlər üçün geniş imkanlar açır. Bütün bunlar onu göstərir ki, gələcəkdə Azərbaycan idmanı daha böyük uğurlar qazanacaq və ölkəmizi beynəlxalq idman müstəvisində uğurla təmsil edəcək".
Fuad