AZ

Avtomobil dayanacağından banka daxil oldular 30 milyon apardılar

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Naməlum şəxslər Almaniyanın qərbində Gelzenkirxen şəhərində yerləşən "Sparkasse" bankının anbarına daxil olaraq təxminən 30 milyon avro oğurlayıblar. Avtosfer.az xəbər verir ki, bu barədə DPA agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. İlkin məlumatlara görə, cinayətkarlar dekabrın 29-na keçən gecə yaxınlıqdakı avtomobil dayanacağından binaya daxil olublar, sonra qazma alətindən istifadə edərək anbarın divarında nəhəng bir dəlik açaraq içəri daxil olublar. Onlar orada 3,2 min seyf qutusu açıb, içindəkiləri götürərək qaçıblar. Soyğun yalnız dekabrın 29-u səhər tezdən aşkarlanıb. 2,5 mindən çox əmanətçiyə ziyan dəyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
5
avtosfer.az

6Mənbələr