AZ

Volodimir Zelenski etiraf etdi: qalib gələ bilməyəcəyik

Ukrayna ABŞ-ın davamlı dəstəyi olmadan Rusiya ilə müharibədə qalib gələ bilməyəcək.

Editor.az bildirir ki, bunu prezident Vladimir Zelenski “Fox News”a verdiyi müsahibədə deyib. O, ABŞ-ın dəstəyinin olmaması səbəbindən Ukraynanın müdafiəsinin üzləşə biləcəyi çətinlikləri qeyd edib: “Amerikanın dəstəyi olmadan qalib gələ bilərikmi? Xeyr. ABŞ-ın dəstəyi olmadan səmanı müdafiə edə bilməyəcəyik; hətta indi də bu çox çətindir”, – deyə Zelenski bildirib.

Dövlət başçısının sözlərinə görə, Rusiya minlərlə dron və raketdən istifadə edir. Amerika hava hücumundan müdafiə raketləri çox faydalıdır: “Döyüş meydanında Amerikadan aldığımız artilleriya və mərmilərdən istifadə edirik. Bu olmadan qalib gələ bilməyəcəyik”, – deyə Zelenski qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr