AZ

İdris Elbaya “cəngavər” titulu verildi

Böyük Britaniyanın tanınmış aktyoru İdris Elba “cəngavər” titulu ilə təltif olunub.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında məlumat dərc edilib. Bildirilib ki, aktyor gənclər arasında cinayətkarlığa qarşı mübarizə sahəsində göstərdiyi ictimai fəaliyyətə və sosial təşəbbüslərə verdiyi töhfələrə görə bu yüksək mükafata layiq görülüb.

Qeyd edək ki, İdris Elba uzun illərdir gənclərin maarifləndirilməsi, sosial inteqrasiyası və zorakılıqdan uzaqlaşdırılması istiqamətində müxtəlif layihələrdə fəal iştirak edir

Seçilən
108
1
unikal.az

2Mənbələr