Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Bu günlərdə xəstəliklər və viruslar sürətlə yayılır, xüsusilə tənəffüs yolları xəstəlikləri genişlənir. Bunun əsas səbəbi dünyada təbiətə və ekologiyaya göstərilən anormal münasibətdir. Xəstəliklərin artması qida, su və hava çirkliliyi ilə bağlıdır".Bunu Demokrat.az-a açıqlamasında farmakoloq Aydın Əliyev deyib. O, bildirib ki, qaydalara əməl etmək, sanitariya-gigiyena tədbirlərinə riayət etmək və kifayət qədər maye qəbul etmək çox vacibdir:"Xüsusilə Azərbaycan bitkiləri əsasında hazırlanmış içkilər, məsələn, zoğal, qaragilə və qarağat kimi meyvələr tövsiyə olunur. Duzlu su ilə boğazın qarqara edilməsi və tez-tez yuyulması da önəmlidir. Çölə çıxanda maska taxmaq lazımdır, çünki soyuq hava və külək boğaz üçün zərərlidir və xəstəliyə səbəb ola bilər".Farmakoloq qeyd edib ki, dərman çatışmazlığına iki cür yanaşmaq olar:"Birincisi, insanlar özbaşına hərarət salıcı və digər dərmanları kütləvi şəkildə qəbul etməməlidir, çünki bu, digər insanlara mənfi təsir göstərə bilər. İkincisi, dərman çatışmazlığı ölkədə dərman istehsalının olmaması və xaricdən asılılıqla bağlıdır. Nə qədər ki, dərman zavodları və tibbi istehsal müəssisələrimiz yoxdursa, bu problemlər davam edəcək və xaricdən dərman alınmasına milyonlarla vəsait xərclənəcək".Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.