Polşa Baş naziri Donald Tusk Ukraynadakı vəziyyətlə bağlı Avropa liderləri ilə məsləhətləşmələrdən sonra sülhün yaxında olduğunu bildirib.
HİT.az xəbər verir ki, bu barədə "Sky News" kanalı məlumat yayıb.
"Sülh yaxındadır. Şübhəsiz ki, bu müharibənin tez bir zamanda bitəcəyinə ümid etməyə əsas verən hadisələr baş verib", deyə Tusk qeyd edib.
Lakin siyasətçi bunun sadəcə bir ümid olduğunu və yüz faiz əminlik olmadığını bildirib.
Bir gün əvvəl Ukrayna lideri Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra 20 maddəlik sülh planındakı iki məsələnin həll olunmadığını bildirdi. Bu məsələlər Zaporojye Atom Elektrik Stansiyası və ərazilərlə bağlıdır.
O, həmçinin sülh planının 90 faizinin tamamlandığını qeyd edib. Ukrayna prezidenti təhlükəsizlik zəmanətlərinə gəldikdə isə, onlar tam hazırdır.
Samir