AZ

“Əl-Hilal” hələ də Ruben Neveşi komandada saxlamaq istəyir

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu yarımmüdafiəçi Ruben Neveşi komandada saxlamaq istəyir.

İdman.Biz-in məlumatına görə, jurnalist Ben Ceykobs bu barədə sosial media səhifəsində məlumat verib.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı klubu portuqaliyalı futbolçuya şərtləri yaxşılaşdırılmış iki illik müqavilə təklif edir. Oyunçu hələ qərar verməyib. “Mançester Yunayted” də yarımmüdafiəçi ilə bağlı sorğu göndərib, lakin danışıqlar hələ də irəliləyiş əldə etməyib. “Yuventus” və “Atletiko Madrid” vəziyyəti izləyir.

Neveş 2023-cü ilin yayından “Əl-Hilal”da oynayır. Bu mövsüm o, bütün turnirlərdə 17 oyunda meydana çıxıb, beş qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.

İdman.Biz
Seçilən
36
1
idman.biz

2Mənbələr