AZ

100 il əvvəl nəsli kəsilmiş heyvan yenidən təbiətə qaytarılacaq

İngiltərədə təxminən 100 il öncə nəsli tükənmiş Avropa vəhşi pişiyi yenidən təbiətə qaytarılır. Bu cins ölkənin yeganə yerli pişik növü hesab olunur və onun təbii yaşayış mühitinə bərpası üçün böyük bir layihə başlanılıb.

“Yeni Sabah” xəbər verir ki, planlaşdırmalara görə 2027-ci ilə qədər 40-50 vəhşi pişik təbiətə buraxılacaq.

Layihənin rəhbəri Cath Jeffs bildirib ki, bu heyvanın yoxa çıxmasının səbəbi əsasən insan fəaliyyətidir.

Araşdırmalar göstərib ki, Devon bölgəsi bu pişiklərin yenidən yaşaması üçün əlverişli yaşayış şəraitinə malikdir. Geniş meşə əraziləri, otlaqlar və az şəhərləşmə bu növ üçün ideal yaşayış məskəni hesab olunur.

Bildirilir ki, əhali arasında da layihəyə dəstək yüksək səviyyədədir. Exeter Universitetinin apardığı sorğuda cəmiyyətin 71 %-i bu heyvanların geri qaytarılmasını dəstəkləyib, onlayn sorğuda isə bu rəqəm 83 %-ə çatıb.

Mütəxəssislər hesab edir ki, bu vəhşi pişiklərin təbiətə dönüşü ekosistemin bərpasına müsbət təsir edəcək.

Qeyd edək ki, ən böyük çətinlik isə ev pişikləri ilə qarışıqlığın qarşısını almaqdır.


Telegram kanalımız
Seçilən
33
yenisabah.az

1Mənbələr