Son oyunlarda “Qarabağ”ın turnir cədvəlində “Sabah”dan geri qalması, deyəsən, ağdamlı azarkeşlərin əsəblərini korlayıb.
Belə ki, “Qarabağ” azarkeşləri 1-ci turdan təxirə salınan oyunda rəqibin ünvanına təhqiramiz ifadələr işlədildiyinə görə 7 min, stadiona vurulan maddi ziyana görə 3 min manat cərimələnib. 15-ci turda “Araz-Naxçıvan”la oyunda azarkeşlər pirotexniki vasitələrdən istifadə etdiklərinə görə 3 min, növbəti – 16-cı turda da eyni hal ikinci dəfə təkrarlandığına görə Ağdam klubu daha 5 min manat cərimələnib.
Maraqlı məqam budu ki, qalan 13 turda azarkeşlərə görə “Qarabağ” heç bir cəza görməyib. Yaxşı, görəsən, ağdamlı azarkeşlərə nə olub?
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta