Rusiya ordusu üçün müqaviləli əsgərlərin sayı azalır ki, bu da Ukrayna işğalının sonunu sürətləndirə bilər.
Editor.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu Fox News-a verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, Rusiya ordusunun hər ay 40 mindən çox müqaviləli əsgərlə doldurulmasına baxmayaraq, işğalçılar cəbhə xəttində əhəmiyyətli irəliləyiş əldə etmirlər.
Zelenski hesab edir ki, Rusiya silahlı qüvvələrinin genişlənmək üçün insan resursları azalır: “Bu il, 2025-ci ildə onların ordusunun sayı ilk dəfə olaraq böyüməyi dayandıb. Buna görə də düşünürük ki, müharibə 2026-cı ildə başa çatacaq. Əks halda, Putin insanları səfərbər etmək qərarına gələcək. Onun indi problemləri var, çünki xalqı səfərbərliyi dəstəkləmir. Onun cəmiyyətlə problemləri olacaq – deyə dövlət başçısı bildirib və qeyd edib ki, bu, ABŞ-ın Kremlə təzyiq göstərməsi üçün əlverişli andır.
Dekabrın 26-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, Rusiya son bir ildə orduya 403.000 müqaviləli əsgər cəlb edib. Onun sözlərinə görə, Kremlin 2026-cı il üçün səfərbərlik planı 409.000 şəxsi heyətin cəlb edilməsini nəzərdə tutur.
//Samir Qurbanov, Editor.az