AZ

"Arsenal" vacib oyuna ciddi itki ilə çıxacaq

"Arsenal"ın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin aparıcı üzvlərindən olan Deklan Rays sıradan çıxıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

İngiltərəli yarımmüdafiəçi Premyer Liqanın 18-ci turunun "Brayton"la matçında (2:1) dizindən zədələnib. 26 yaşlı futbolçu 19-cu turun "Aston Villa" ilə oyununda komandaya kömək edə bilməyəcək. Qarşılaşma bu gecə Bakı vaxtı ilə saat 00:15-də start götürəcək.

Qeyd edək ki, 18 turdan sonra 42 xal toplayan "Arsenal" çempionatın lideridir. 39 xalı olan "Aston Villa" isə 3-cü yerdədir.

saytlarin hazirlanmasi

Seçilən
96
1
sportal.az

2Mənbələr