AZ

Sosial media fenomeni hava limanında SAXLANILDI

Türkiyənin tanınmış sosial media fenomeni və televiziya siması Şeyma Subaşı ABŞ-dən geri dönərkən İstanbul Hava Limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Publika.az xəbər verir ki, Subaşı pasport nəzarətindən keçərkən polis əməkdaşları tərəfindən dayandırılıb və dərhal prokurorluğun göstərişi ilə nəzarətə götürülüb. Onun saxlanılması İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik işi üzrə genişmiqyaslı təhqiqat çərçivəsində həyata keçirilib.

Hadisə aeroportda sərnişinlər arasında böyük maraq doğurub. Şahidlərin sözlərinə görə, Subaşı sakit görünsə də, polis əməkdaşlarının müşayiəti ilə hava limanının xüsusi bölməsinə aparılıb.

İlkin məlumatlara əsasən, prokurorluq onun ifadəsini almaq və istintaqı davam etdirmək üçün Subaşını İstanbul Ədliyyəsinə gətirməyi planlaşdırır. İddialara görə, fenomenin adı son aylarda bir neçə şübhəli şəxslə əlaqəli istintaq materiallarında hallanıb.

Seçilən
43
8
publika.az

10Mənbələr