AZ

Putin çox məşhur yalançıdır – Respublikaçı senator Don Bekon

Respublikaçı Don Bekon Ukraynanın Vladimir Putinin iqamətgahına hücum cəhdi ilə bağlı açıqlamasında ABŞ prezidenti Donald Trampı Rusiyanın tərəfini tutduğuna görə tənqid edib.

Bekon bunu 29 dekabrda X sosial şəbəkəsində yazıb: “Prezident Tramp və onun komandası günahı başqasına ötürməzdən əvvəl faktları öyrənməlidir. Putin tanınmış, açıq-aşkar yalançıdır”.

Bekon bu şərhi Kremlin “Rusiya prezidentinin iqamətgahına hücum” iddiaları fonunda səsləndirib. 29 dekabrda Tramp jurnalistlərə bildirib ki, Putin ona Ukraynanın pilotsuz təyyarəsi ilə hücum etdiyi iddia edilən hadisə barədə məlumat verəndə “çox qəzəbli” olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
72
editor.az

1Mənbələr