AZ

Normadan artıq D vitamini qəbulunun fəsadı

Son illərdə D vitamini qəbulu bir çox insan üçün normaya çevrilib.

Lakin bu vitaminin orqanizmdə yüksək tərkibdə - 150 ng/ml-dən yuxarı olması qanda kalsiumun toplanmasına gətirib çıxara bilər ki, bu da onun ürək əzələsində, bağırsaq və mədə divarlarında çöküntü şəklində yığılmasına səbəb ola bilər.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, artıq miqdarda D vitamini hüceyrə membranlarına və maddələr mübadiləsinə birbaşa toksik təsir göstərə bilər: 

"Həddindən artıq dozada D vitamini qəbul etmək təkcə onun orqanizmdə miqdarının artmasına deyil, eyni zamanda orqanizm tərəfindən kalsiumun udulmasının artmasına da səbəb ola bilər. Bu da hiperkalsemiyaya - qanda kalsium səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər. D vitamini hipervitaminozunun digər bir nəticəsi K2 vitamini aktivliyinin pozulmasıdır ki, bunun nəticəsində sümük kütləsinin itkisi baş verə bilər. Həmçinin bu maddənin orqanizmdə artması böyrəklərin zədələnməsinə də səbəb olur".

Sevinc

Seçilən
39
hit.az

1Mənbələr