Yəmən Respublikasında bu gündən etibarən 90 gün müddətinə fövqəladə vəziyyət elan edilib.
Fövqəladə vəziyyətin uzadıla biləcəyi bildirilir. Müvafiq fərmanı Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi imzalayıb.
SABA-nın məlumatına görə, “Tədbirlər 2014-cü ildən bəri davam edən çevrilişə, eləcə də Birləşmiş Ərəb Əmirliklərindən Yəmənin şərq əyalətlərinə hərbi hücum başlatmaq əmri alan üsyançı elementlərin təhrik etdiyi üsyana qarşı mübarizə zərurəti səbəbindən tətbiq edilib.”, -agentlik xəbər verir.
Əlimi həmçinin ölkənin şərqindəki separatçı hərəkətlərə görə BƏƏ ilə birgə müdafiə müqavilələrinin ləğv olunduğunu elan etdi və hərbi kontingentinin növbəti 24 saat ərzində Yəmən ərazisindən tamamilə çıxarılmasını tələb edib.
Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanının Yəmənin Mukalla limanına zərbələr endirmək də daxil olmaqla hərbi əməliyyat keçirdiyi bildirilib.
//Samir Qurbanov, Editor.az