AZ

Yeni ili işdə qeyd edənlərə psixoterapevt məsləhətləri

Bəzi insanlar Yeni ili bayram süfrəsi arxasında deyil, iş yerində qarşılamalı olurlar.

"Yeni Sabah" xəbər verir ki, rusiyalı psixoterapevt Dmitri Petelin KP.RU-ya dekabrın 31-də işləmək məcburiyyətində olan şəxslərin bayram əhvali-ruhiyyəsini qorumasının üsullarından danışıb.

"Ümumiyyətlə, yalnız ənənəvi olaraq müsbət emosiyalar yaşamalı olduğumuz dövrlərdə sevinmək psixi sağlamlıq üçün həmişə faydalı deyil. Belə bağlılıq, gözləntilər doğrulmadıqda asanlıqla sizi tarazlıqdan çıxara bilər. Psixika üçün bayramlara və digər hadisələrə daha çevik münasibət göstərmək daha yaxşıdır", - deyə Petelin qeyd edib.

Mütəxəssisin sözlərinə görə, əgər Yeni il gecəsi işdə keçirsə, bayramı sakitcə başqa günə keçirmək olar. Bundan əlavə, psixoloq yaxınlarla əlaqə saxlamağı - onları telefon və ya mesajlaşma vasitəsilə təbrik etməyi, həmçinin bayram növbəsinin əvəzində özünə xoş "mükafat" düşünməyi məsləhət görüb. Bu, kinoteatra getmək, kiçik alış-veriş etmək və ya bayram günlərində işləməyə görə verilən əlavə istirahət günü ola bilər./Oxu.az


Telegram kanalımız
Seçilən
35
yenisabah.az

1Mənbələr