AZ

3 ölkədə etiraz edildi, Azərbaycanda dəstəkləndi Qarabağdan ora gediblərmiş

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Azərbaycan Prezidenti Ermənistana ötürülən pulsuz silahların da, verilən dəstəyin də haradan gəldiyini bir daha masa üzərinə qətiyyətlə qoydu”.

Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin Ağdamda səsləndirdiyi fikirlər dərin mənalı olmaqla yanaşı, həm də ünvanlı idi:

“Xüsusilə də dövlət başçımızın sıx iş qrafikini nəzərə alsaq, səsləndirilən hər bir fikir beynəlxalq münasibətlər sistemində baş verən hadisələrə son dərəcə ədalətli olmaqla yanaşı, eyni zamanda realist baxış və sayıq yanaşma demək idi. Bu gün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə təcavüz edilir. Bilərəkdən, şüurlu qaydada separatist ocaqlar yaradılır, onlar vasitəsilə dövətlərə və xalqlara maksimum təzyiqlər edilir. Eyni zamanda, həmin qanunsuz rejimlər üzərindən maraqlarına da çatırlar. Beynəlxalq hüquq baxımından nəticə və aqibət sadəcə acınacaqlıdır.

Bütün bu reallıqlar fonunda aydın şəkildə bildirildi ki, illər ərzində Azərbaycana qarşı münasibət bir cür, digər regionlara qarşı münasibət isə tamamilə fərqli idi. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının məlum qərarlarının heç biri icra edilmədi. Ermənistana bircə dənə olsun belə sanksiya tətbiq edilmədi, baxmayaraq ki, oxşar hallarda Qərb dərhal reaksiya verirdi, sanksiyalar tətbiq edilirdi, hətta bununla kifayətlənməyərək hərbi gücə də müraciət olunurdu”.

Şəbnəm Həsənova

Politoloq vurğulayıb ki, Qarabağda yaradılan separatist rejimin rəhbərləri ABŞ-da, Rusiyada və Fransada səfərlərdə olurdular:

“Heç kim onlara “gözünün üstündə qaşın var” demirdi. Məsələn, Ukraynanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “respublikaların” mövcudluğu, Gürcüstanda separatist rejimin qurulması, Moldovada eyni ssenarinin tətbiq edilməsinə baxmayaraq, Azərbaycana münasibətdə yanaşma tam haqsız idi. ABŞ konqresmenləri Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlər həyata keçirirdilər. Pallone, Pekres və digər ermənipərəst siyasətçilər ölkəmizə qarşı son dərəcə qərəzli münasibət ortaya qoyurdu.

Azərbaycanın Prezidenti isə bir daha bütün bu reallıqları masaya gətirdi. Bildirdi ki, əslində bir cinahda biz, digər cinahda isə sadəcə Ermənistan yox, ATƏT-in Minsk Qrupunun həmsədrləri də dayanırdı. Onlar bilərəkdən münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq istəyirdilər. Ən pisi və təhlükəlisi isə o idi ki, Azərbaycana bu məsələnin tamamilə bitdiyini qəbul etdirməyə çalışırdılar”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr