AZ

Dünyanın ən kök kişisi öldü

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Meksikalı Xuan Pedro Franko – 2017‑ci ildə dünyanın ən kök insanı kimi Ginnesin Rekordlar Kitabına daxil edilmiş şəxs – 41 yaşında vəfat edib. Ölüm səbəbi xəstəliyin ağırlaşması nəticəsində yaranmış böyrək infeksiyasıdır.

Globalinfo.az xarici KİV-ə istinadla xəbər verir ki, məlumatı onun ömrünün son günlərini keçirdiyi xəstəxananın həkimi təsdiqləyib.

Xuan Pedro Franko rekordu əldə etdiyi zaman, yəni 2017-ci ildə 595 kiloqram olub. Müalicə prosesinə cəlb edilən Franko üçün əvvəlcə pəhriz tərtib olunub, daha sonra iki bariatrik əməliyyat keçirib. Bununla onun həyat keyfiyyəti bir müddət yaxşılaşıb.

2020-ci ildə pandemiya zamanı yoluxduğu COVID-19-a da qalib gəldikdən sonra sağalacağına ümidlər artsa da, son günlər böyrək infeksiyası onun vəziyyətini kritikləşdirib.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
13
globalinfo.az

10Mənbələr