AZ

Gömrük Komitəsinin rəqibi ortaya çıxdı: hər ikisi ləğv edilə bilər Böyük ssenari

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Son günlər gömrük orqanlarında aparılan əməliyyatlar, açıqlanan qaçaqmalçılıq faktları, həbslər və kadr islahatları müəyyən müzakirələrə səbəb olub. Ekspertlər bunu təmizlənmə prosesi kimi təqdim etsə də, bu addımların qalıcı nəticə verib-verməyəcəyi sual altındadır. Paralel olaraq, Dövlət Gömrük Komitəsinin (DGK) Vergilər Xidməti kimi hansısa nazirliyə birləşdirilməsi təklifləri də yenidən gündəmə gəlib.

Maraqlıdır, struktur dəyişikliyi gömrük sistemini həqiqətən sağlamlaşdıra bilər, yoxsa problem daha dərin yol xəritəsi tələb edir?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, gömrük sisteminin Vergilər Xidmətinə birləşdirilməsinin müsbət nəticələri ola bilər:

“Ən azı ona görə ki, büdcənin formalaşdırılmasında rol oynayan iki əsas orqanlardan Vergilər Xidməti, digəri isə Gömrük Komitəsidir. Bəzən bu orqanlar öhdəliklərini yerinə yetirmək üçün bir-birilərinin “ayaqlarını tapdalamalı” olurlar. Məsələn, idxal mallarından həm DGK, həm də Vergilər Xidməti əlavə dəyər vergisi alır. Bəzən DGK üzərinə qoyulan öhdəliyi doldurmaq üçün qəsdən idxal məhsulunun yerli bazardakı qiymətini yüksək göstərir. Mal isə göstərilən qiymətə alınmayanda Vergilər Xidməti öz öhdəlik borcunu yerinə yetirə bilmir. Üstəlik, sahibkarlar bir də hər il 20%-lik mənfəət vergisi ödəməlidir. Bu da istər-istəməz vergilərin toplanmasında qarışıqlıq yaradır. Hər iki qurum eyni nazirlikdə birləşdirilsə, sahibkarlardan alınan əlavə dəyər vergisinin miqdarı şəffaflaşar. Nəticədə bu, həm vergilərin yığılmasına, həm sahibkarın daha çox istismar olunmamasına, həm də istehlak bazarına müsbət təsir göstərər”.

Heydər Oğuz

Siyasi şərhçi bildirib ki, hər iki dövlət orqanının vahid mərkəzdən idarə olunduqda korrupsiya halları ciddi şəkildə azalar:

“Həmçinin vergi və gömrük orqanlarında çalışan işçilərin də sayında ixtisarlar aparılar, dövlət büdcəsinin hədsiz artırılmasının da qarşısı alınar. Amma bunun korrupsiya və rüşvətxorluğun qarşısının effektiv şəkildə ala biləcəyini demək çətindir. Bunun ən qısa yolu gömrük və vergi orqanlarının insan amilindən təmizlənməsidir. Başqa sözlə, bu qurumların rəqəmsallaşması əliəyri dövlət məmurlarını cinayətkar əməllərdən imtina etməyə gətirib çıxara bilər”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
118
1
globalinfo.az

2Mənbələr