Türkiyədə yaşayan azərbaycanlı professor Şahin Əhmədoğluna yüksək etimad göstərilib. Tanınmış alim Kilis şəhərində fəaliyyət göstərən 7 Aralık Universitetinin İlətişim (Jurnalistika və Kommunikasiya) fakultəsinin dekanı təyin olunub. Metbuat.az xəbər verir ki, Şahin Əhmədoğlu 1973-cü ildə anadan olub. O, Türkiyənin nüfuzlu Ankara Universitetinin İlahiyyat Fakultəsinin məzunudur. İlahiyyat üzrə fəlsəfə doktoru, professordur. İslam məzhəbləri tarixi üzrə samballı araşdırmaların müəllifidir. Tarixi və dini mövzuda bir neçə kitab yazıb. Şahin Əhmədoğlu Türkiyənin bir neçə aparıcı universitetində müəllim kimi fəaliyyət göstərib. Sonuncu iş yeri Kırıkkale Universiteti olub. Alım uzun illərdir beynəlxalq platformalarda Türkiyə və Azərbaycanı layiqincə təmsil edir.