AZ

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur

Bakı. Trend:

Bu gün - 31 dekabr Dünya Azərbaycanlılarının HəmrəylikGünüdür.

Dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlılarminilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycanərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələrveriblər.

Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedənictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb,azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb,deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilədoğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırdadünyanın hər yerində azərbaycanlılar yaşayırlar.

Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdəməskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaqimkanından məhrum olublar. 1980-ci illərin sonlarında Azərbaycanxalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səyləriniartırdı.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu ildekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri)açılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakısərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda Türkdilli XalqlarınKonfransı keçirilirdi. Konfrans dünya azərbaycanlılarınınhəmrəyliyinin qeyd olunmasına qərar verdi.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının AliMəclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyiniyaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni DünyaAzərbaycanlılarının Həmrəylik Günü elan etdi.

Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olanDünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.

Seçilən
26
4
az.trend.az

5Mənbələr