Cəbrayıl, 30 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Bayram şənliyi Cəbrayılın balaca sakinlərinin sevincinə səbəb olub. Şagirdlər tərəfindən şeirlər səsləndirilib, maraqlı səhnəciklər göstərilibr. Məktəblilərin rəqs və musiqi nömrələri nümayiş olunub.