“Liverpul” standart vəziyyətlər üzrə məşqçi Aaron Briggslə yollarını ayırdığını açıqlayıb.
Publika.az xəbər verir ki, mütəxəssis komandaya 2024-cü ilin iyulunda qoşulmuş və ilkin mərhələdə fərdi hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərmişdi.
2025/26 mövsümü Premyer Liqasında “qırmızılar” standart vəziyyətlərdən, penaltilər nəzərə alınmadan, 12 qol buraxıb ki, bu da liqada ən zəif göstəricidir. Buraxılan qollardan yeddisi künc zərbələrindən sonra qeydə alınıb.