AZ

İlin ən yaxşı idmançılarının adları açıqlandı

2025-ci ilin ən yaxşı idmançılarının adları açıqlanıb. Metbuat.az xəbər verir ki, səsvermədə 121 ölkədən ümumilikdə 836 jurnalist iştirak edib. Beynəlxalq İdman Mətbuatı Assosiasiyası məlumatına görə, kişi idmançılar arasında mükafata 1182 xalla şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu isveçli atlet Armand Düplantis layiq görülüb. İkinci yeri 784 xalla dünyanın bir nömrəli tennisçisi, ispaniyalı Karlos Alkaras tutub. 713 xalla Fransanın PSJ klubunun futbolçusu, "Qızıl Top" mükafatının son qalibi Usman Dembele üçüncü olub.

İspaniya millisinin futbolçusu Aytana Bonmati 824 xalla qadın idmançılar arasında ilin ən yaxşısı seçilib. Keniyalı atlet Beatris Çebet 453 xalla ikinci, qadın tennisçilər arasında dünyanın bir nömrəli raketka ustası belaruslu Arina Sabalenka 446 xalla isə üçüncü olub.

Seçilən
85
2
metbuat.az

10Mənbələr