Çin səssiz hərəkət edə bilən ballistik raketlər (ICBM) üçün prototip mobil buraxılış qurğusu hazırlayıb.
"Ölkə.az" "South China Morning Post" qəzetinə istinadla xəbər verir ki, bu texnologiya ənənəvi ağır yük maşınlarının dizaynlarını kökündən dəyişdirir.
Nəşrin məlumatına görə, SinxuaUniversitetinin rəhbərlik etdiyi layihə Pekindəki bir neçə tədqiqat mərkəzindən mütəxəssisləri bir araya gətirib. Layihənin məqsədi ağır yük maşınlarının istifadəsini dəyişdirə bilən, qitələrarası ballistik raketlərin, eləcə də sənaye transformatorlarının, külək turbinlərinin və digər ağır yüklərin təhlükəsiz və səmərəli hərəkətini təmin edən bir texnologiya hazırlamaqdır.
Bu prototip ağıllı idarəetmə ilə elektrikli idarəetməni birləşdirir. Tamamilə elektrik idarəetməsi sayəsində nəqliyyat vasitəsi demək olar ki, səssiz hərəkət edir, zəhərli qaz buraxmır, minimal istilik göstəricilərinə malikdir və beləliklə daha az aşkarlanır. Xərçəng kimi yan hərəkət edə bilən, eləcə də diaqonal və ya ziqzaq manevrlər edə bilən nəqliyyat vasitəsi yolsuzluq şəraitində hərəkət qabiliyyətini artırır.Hazırlanmış prototip həmçinin öz mərkəzi ətrafında fırlanma qabiliyyətinə malikdir ki, bu da dönmə radiusunu kəskin şəkildə azaldır və məhdud məkanlarda yüksək manevr qabiliyyətini təmin edir.
Elvin
Ölkə.az