ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Türk Hava Yolları hava şəraitinə görə 31 dekabr tarixinə planlaşdırılan 60-dan çox daxili uçuşun ləğv olunduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türk Hava Yollarının sözçüsü Yəhya Üstün sosial mediada məlumat verib.
"Ölkəmizin şərq və mərkəzi hissələrində gözlənilən əlverişsiz hava şəraiti səbəbindən 31 dekabr tarixinə planlaşdırılan 61 uçuş ləğv edilib", - deyə o bildirib.
Beynəlxalq uçuşlarda heç bir problem qeydə alınmayıb.
Qeyd edək ki, Türkiyə meteoroloqları yaxın günlərdə bəzi əyalətlərdə güclü qar yağacağını proqnozlaşdırırlar. Hava şəraiti ilə əlaqədar olaraq, 31 dekabrda Türkiyənin 81 bölgəsindən 15-də, əsasən mərkəzi və şərq bölgələrində dərslər ləğv edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.