AZ

Hindistan Rusiya nefti idxalını son üç ilin ən aşağı səviyyəsinə endirəcək

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Hindistan dekabr ayında Rusiya neftinin idxalını son üç ilin ən aşağı səviyyəsinə - sutkada təxminən 1,1 milyon barrelə qədər azaltmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə "Bloomberg" "Kpler" şirkətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, azalmaya əsas səbəb Hindistanın ən iri alıcılarından biri olan "Reliance Industries Ltd." şirkətinin Rusiya neftinin alışını müvəqqəti dayandırmasıdır. Noyabr ayında idxal həcmi sutkada təxminən 1,8 milyon barrel səviyyəsində qiymətləndirilirdi.

"Kpler" analitikləri bildirirlər ki, dekabrın ikinci həftəsində Rusiyadan Hindistana tədarük sutkada 712 min barrelə qədər azalıb, bundan sonra isə cüzi artım qeydə alınıb.

Buna baxmayaraq, ayın yekununda idxal həcmi noyabr göstəricilərindən xeyli aşağı qalacaq.

"Bloomberg" qeyd edir ki, alışlarda fasilə əsasən "Reliance" şirkətinin Qucarat ştatında yerləşən neft emalı zavodu ilə bağlıdır.

Şirkətin 2026-cı ilin əvvəlində Rusiya neftinin alışını bərpa etməyi planlaşdırdığı vurğulanır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
4
azpolitika.info

5Mənbələr