AZ

Buxarest Kiyev üçün silah alınmasına 50 milyon avro ayıracaq

BAKI, 31 dekabr. TELEQRAF

Rumıniya Ukrayna üçün silah-sursat alınmasına NATO-nun PURL proqramı çərçivəsində 50 milyon avro vəsait ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, ayrılan vəsait 2025-ci il üçün müəyyən edilmiş büdcə limitləri çərçivəsində nəzərdə tutulub:

“PURL proqramı üzrə maliyyələşmə 2025-ci il üçün təsdiqlənmiş büdcə tavanına uyğun şəkildə həyata keçirilir”.

Qeyd edək ki, PURL proqramı NATO üzvü olan ölkələrin ABŞ-nin ehtiyatlarından Ukrayna üçün silah və hərbi texnika almasını nəzərdə tutur.

Seçilən
50
teleqraf.com

1Mənbələr