Bakı. Trend:
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunda çıxış edənportuqaliyalı hücumçu Kriştiano Ronaldo 2025-ci təqvim ilini rəsmioyunlarda het-trik etmədən başa vurub.
Trend-in məlumatına görə, bu barədə “Spor” saytı məlumatyayıb.
Bu, Ronaldonun 2009-cu ildə “Real Madrid”də çıxış etdiyimövsümdən bəri ilk belə haldır. Portuqaliyalı futbolçu 2025-ci ildəbütün turnirlər üzrə 41 qol vurub. O, sonuncu qolunu çərşənbəaxşamı Səudiyyə Ərəbistanı Premyer Liqasında səfərdə “Əl-İttifaq”la2:2 hesablı heç-heçə ilə başa çatan oyunda qeyd edib.